voicepress.az

SON DƏQİQƏ

Azərbaycan mediası sanki “Zaporojets” markalı avtomobil ilə irəliləyir...

25-10-2019, 13:00



Bu gün media savaşı dövründə yaşayırıq. Sözdə inkişafdan danışırıq. İnkişaf var. Amma könül istərdi ki, bu inkişafı ucalan göydələnlər qədər digər sahələrdə də, görə bilək. Cənab prezidentin bir sözü var, məmurlara hər zaman deyir ki, başqa başqa dövlətlərdə nə gözəl bir şey görsəniz onun bizim dövlətimizdə tətbiqinə çalışın. Təklif edin.

Adama daha nə deyərlər? Prezident dəfələrlə dövlətimizin prespektivi üçün yararlı və xeyirli təkliflərə açıq olduğunu vurğulayıb. Amma əfsuslar olsun ki, təklif olunan bütün təkliflər fazla iş və əmək tələb olunmayan, əksər hallarda şəxsi maraqlara xidmət edən təkliflər olur.
Cənab Prezidentin dövlətimiz üçün xeyirli olan hər bir təklifi dəyərləndirmə kimi yüksek intelektə sahib olması mübahisə mövzusu olmayacaq dərəcədə danılmazdır.

Bu gün etiraf edək ki, hər bir ölkənin müdafiə sistemi, hərbi potensialı, iqtisadi vəziyyəti, beynəlxalq-siyasi mövqeyi, diplomatik statusu nə qədər önəmlidirsə, hər bir dövlətin beynəlxalq media əlaqələri də bir o qədər önəmlidir. Razılaşaq ki, bu gün ən qüdrətli müstəqil dövlətlərin müstəqil beynəlxalq media alanı var.

Bu gün bir sıra dövlətlərin praktikasında dövlət mediası rəsmi dövlət qurumu olaraq və ya Media nazirliyi kimi qəbul edilir. Bu gün informasiya müharibəsi həm hərbi, həm siyasi, həm də iqtisadi müharibələrin səsli dili olaraq hər birində olduqca mühüm özelliyə sahibdir.
Azərbaycan 30 ilə yaxındır müharibə şəraitində yaşayır. Bu gün etiraf edək ki, hələ də, düşmənlə informasiya müharibəsi aparma imkanlarına sahip deyilik. Əslində bunun üçün, əlimizdə böyük imkanlar və fürsətlər var. Amma Azərbaycan mediası nə media nazirliyi, nə də dövlətin bir media idarə sisteminə sahib deyil. Bu gün sürətlə inkişaf edən modern Azərbaycan media baxımından bəsit bir “Mətbuat Şurası” adı altında fəaliyyət göstərən bir ictimai birliyə sahibdir. Etiraf edək ki, bir müstəqil dövlətin mütəşəkkil media dövlət qurumunun olmaması həm beynəlxalq əlaqələrə, həm xaricdə aparılan təbliğat işlərinə, həm də diaspora fəaliyyətinə ciddi zərər vurur.

Bu gün gözlə görülməyən, amma zaman zaman bir sıra soyuq media savaşları üzərindən kürsü savaşı aparan məmurların açıq söz döyüşdürməsi ilə məlum olan media idarəçiləri necə deyərlər suyun üzünə çıxır. Zaman zaman dövlət qurumlarının qapısının ağzında xəstaxana qapısındakı xəstələr kimi növbə gözləyən jurnalistləri görəndə, yüzlərlə jurnalistin fəaliyyət göstərdiyi Azərbaycan Nəşriyatına girər girməz o qədər jurnalistin içində “inşaat” sözünün “inşahat” kimi yazılmasını düzəltməyənlərin ertəsi gün ev savaşı aparması, birinin katibəsinə, digərinin sürücüsünə, bir digərinin biznesmen oğluna verdiyi yerli istehsal jurnalist mandatlarına baxanda, “reket jurnalistikası ilə mübarizə” adı altında bir əldən təhdit edip, digər əldən tərif edərək para qazanan jurnalistlərlə görəsən hansı beynəlxalq media savaşında mübarizə aparmaq olar ki?

Bu gün mütləq sürətdə Azərbaycanda media rəsmi qurumunun yaradılmasına ehtiyac var. Azərbaycan mediası yenidən və daha modern üslubda, beynəlxalq media texnikaları ve kadr yenilənmələri ilə var olmalıdır. Bu gün “Mətbuat Şurası” kimi media ictimai birliyinin bir sıra yüksək ranglı üzvləri “Ermənistan Azərbaycan Sülh Platformasından” danışırsa, sizcə biz hansı media təbliğatdan və ya Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasından danışa bilərik?

Azərbaycanı xaricdə təmsil edən bütün media qurumlar vahid dövlət media qurumu tərəfindən təsdiqli mandata sahib olmalıdır. Beynəlxalq tədbirlərdə iştirak etmək statusuna sahib olan jurnalistlərin tədbirlərə getməsi qurum tərəfindən qarşılanmalıdır.

Bir dövlətlə bağlanan diplomatik, iqtisadi, siyasi və ictimai əlaqələrlə yanaşı media əlaqələri deyilən bir maddədə əlavə olunmalıdır. Biz gərçəkdən Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq niyyətindəyiksə, bunu mütləq sürətdə etməliyik.

Yoxsa müstəqilliyinin yüz illiyini qeyd edən Azərbaycan kimi qüdrətli bir dövlətin mediasının bəsit bir ictimai birlik tərəfindən idarə olunması, heç bir rəsmi statusa sahib olmaması ilə biz birmənalı olaraq beynəlxalq media savaşında bütün gücünü yalan informasiya təbliğatına qoyan ermənilərə uduzacağıq.

Bu eynən bilirsiz nəyə bənzəyir? İndiki şərtlərdə Azərbaycan mediası sanki texnika əsrində “Zaporojets” markalı avtomobili ilə irəilədiyi halda, beynəlxalq media savaş alanında hər kəs artıq çoxdan ən son model “RANGE ROVER” sürməyə keçid alıb.










Ülkər Fərmanqızı
Eksklüziv olaraq VOİCEPRESS-in "Açıq danışaq" silsile rubrikası ile


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 377
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter