voicepress.az

SON DƏQİQƏ

Tağıyevin heykəli Novruz bayramına kimi hazır olacaq

2-10-2019, 13:00


Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması prosesi davam edir.

Layihənin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov açıqlamasında bildirilib ki, artıq işçi model tam hazırdır.

"Novruz bayramına kimi heykəl hazır olacaq və açılışını edəcəyik. Hazırda işimizə mənfi təsir edən heç bir maneə yoxdur. Heykəlin hazırlanma xərci hələlik tam hesablanmayıb. İşlər davam edir, heykəlin ərsəyə gəlməsində mərmər, qranit və tuncdan istifadə olunacaq".

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 301
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter