voicepress.az

SON DƏQİQƏ

Nazir şəhid oğluna verdiyi sözü tutdu - FOTO

1-09-2019, 13:30


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.


Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 107
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter