voicepress.az

SON DƏQİQƏ

Böyük Britaniyanın Azərbaycandakı səfiri ölkəsinə döndü

25-07-2019, 20:49

Böyük Britaniyanın Azərbaycandakı səfiri ölkəsinə döndü

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroftsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar.

Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Səfir Kerol Krofts Azərbaycanda həyata keçirdiyi diplomatik fəaliyyətindən məmnunluqla bəhs edərək diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Ardınca K.Krofts Azərbaycan ilə ölkəsi arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın və xüsusi münasibətlərin əhəmiyyətini vurğulayıb.

Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı Səfir Kerol Kroftsu məlumatlandırıb.

Tərəflər arasında habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov K.Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.














VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 57
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter