voicepress.az

SON DƏQİQƏ

Lənkərandakı istirahət məkanları cərimələndi

20-07-2019, 11:09

Lənkərandakı istirahət məkanları cərimələndi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib və bununla bağlı F.Həsənov və K.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Eyni zamanda, Lənkəran şəhəri Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N.Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.












VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 397
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter