• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Məhkəmə hakimilərinin pul təminatı ARTIRILDI

Məhkəmə hakimilərinin pul təminatı ARTIRILDI
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

VOICEPRESS.AZ-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.


Təklif edilən dəyişikliyə əsasən, bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.













VOICEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter