• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSDİQLƏYƏCƏK

Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSDİQLƏYƏCƏK
Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır.

Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertlərinin və Agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmələri üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq.

Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin və funksionallığın klassifikasiyası” standartları əsasında hazırlanıb.











VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter