voicepress.az

SON DƏQİQƏ

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

18-03-2019, 19:21


Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Lerik rayonunda ümumrayon şənliyi keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi təşkil olunub.

Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olub.

Sonra bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırılıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışıb. Cənab Prezidentin Lerik rayonuna dördüncü səfərinin xoş xatirələrlə xatırlandığını və Prezident cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini, əhalinin bayram öncəsi ərzaqla təminatının yaxşılaşdırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə bayram yarmarkalarının təşkilini qeyd edən natiq gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu edib.

Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 6 027
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter