voicepress.az

SON DƏQİQƏ

Məhsul bolluğu olacaq – Nazirdən AÇIQLAMA

2-03-2019, 17:11


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbail rayonlarında yarmarkalar Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Nizami və Səbail rayonlarında keçirilən yarmarkaların fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, qiymətlərlə maraqlanıb.

Jurnalistlərə açıqlama verən İnam Kərimov bildirib ki, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır:

“Bu yarmarkalar Cənab Prezidentin göstərişi əsasında keçirilir. Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyimiz yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil olunur. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcılara təqdim edirlər. Yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edir. Burada sanitar-gigiyenik normalara ciddi əməl olunur. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Hesab edirik ki, bu cür yarmarkaların təşkili nəticəsində həm bolluq olacaq, həm fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək, həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar”.

Qeyd edək ki, bu gündən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək.

Məhsul bolluğu olacaq – Nazirdən AÇIQLAMA







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 054
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter