voicepress.az

SON DƏQİQƏ

Baş redaktorun ailə üzvləri yanğından xilas edildi

25-02-2019, 14:55

Baş redaktorun ailə üzvləri yanğından xilas edildi

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, yanğın binadakı elektrik kabellərində tüstülənmədən yaranıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb

VOİCEPRESS.AZ-ın məlumatına görə, yanğın olan binadan “Bakı xəbər” qəzetinin baş redaktorunun ailə üzvləri də xilas edilib.

“Baş redaktorumuz Aydın Quliyevin yaşadığı həmin binada sakinlərlə birlikdə onun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da xilas edilib. Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır”,-deyə “Bakı xəbər”in əməkdaşları bildiriblər.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 149
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter