voicepress.az

SON DƏQİQƏ

Daş karxanalarına əl qoyulub - Baş idarə rəisi faktları AÇIQLADI

15-01-2019, 10:53

2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib. VOİCEPRESS.AZ xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, uzun müddət bu sahə nəzarətdən kənarda qalmışdı:

"Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzərətə götürülüb. Nazirlikdən göndərilən matreial əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib".

Onun sözlərinə görə, 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub. Həmcinin, əhəng daşı karxanalarında 7 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 478
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter