voicepress.az

SON DƏQİQƏ

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib

26-12-2018, 21:21

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən VOICEPRESS.AZ-a verilən məlumata görə, görüşdə Milli Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov qonaqları salamlayaraq Azərbaycan-YUNESKO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Nazir 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək 2018-ci il ərzində YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verib. E.Sultanov 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin 10 ilinin tamam olduğunu, ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, “Bakı Prosesi”nin 10 illiyinin milli və beynəlxalq səviyyədə qeyd olunduğunu və YUNESKO ilə birgə tədbirlərin keçirildiyini bildirib.

O, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini, o cümlədən Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin YUNESKO baş qərargahında və Almaniyada qeyd olunduğunu, Azərbaycan muğamının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahıya daxil edilməsinin 10 illiyi münasibətilə YUNESKO-nun baş qərargahında, İtaliyada, Türkiyədə və Almaniyada muğam konsertlərinin təşkil olunduğu qeyd edib.

Bildirilib ki, 2018-ci ildə ölkəmiz YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmiş, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olunmuş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya YUNESKO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

E.Sultanov 2019-cu ildə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, YUNESKO baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini bildirdi və qarşıda duran digər məsələlər barədə ətraflı məlumat verib.

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.










VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 725
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter