voicepress.az

SON DƏQİQƏ

ADU-da Prezidentin ad günü qeyd olundu

24-12-2018, 17:37

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 15 il boyunca ölkəyə layiqincə rəhbərlik etdiyini bildirib. O, Prezidentin Azərbaycanı dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdıran siyasətlə idarə etdiyini söyləyib. Prezident İlham Əliyevin doğum gününü hər zaman diqqət və qayğıya ehtiyacı olan insanlarla keçirdiyini deyən S.Hüseynov dəyirmi masada Prezidentin yürütdüyü siyasətə müxtəlif istiqamətlərdə yanaşaraq təhlil olunacağını diqqətə çatdırıb.

ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən danışıb, onun siyasi lider kimi keyfiyyətlərinə toxunub. O, kollektiv adından ölkə başçısına doğum günü münasibəti ilə xoş sözlərini və təbriklərini ünvanlayıb.

Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət haqqında çıxış edib. Qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib.

Dəyirmi masada Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva “İlham Əliyevin təhsil siyasəti”, Multikulturalizm Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadov “Müasir Azərbaycanda multikultural və torelantlıq siyasəti”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Aysel Bağırova “İlham Əliyev siyasəti və Azərbaycanın regional təhlükəsizliyi” və baş müəllimi Lamiyə Qasımov “İlham Əliyev şəxsiyyəti və müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, Azərbaycanşünaslıq Elmi tədqiqat laboratoriyasının əməkdaşı, “Türkologiya” jurnalının elmi katibi Elçin İbrahimov “İlham Əliyevin Azərbaycan dilinin qorunmasında atdığı addımlar” istiqamətində məruzələrlə çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə başa çatıb.


ADU-da Prezidentin ad günü qeyd olundu







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 000
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter