voicepress.az

SON DƏQİQƏ

Nazir Fond rəhbəri ilə saziş imzaladı

8-11-2018, 21:24

Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib.

Tərəflər həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.

Görüşün sonunda xarici işlər naziri E.Məmmədyarov və Fondun prezidenti G.Əfəndiyeva “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Sazişi imzalayıblar.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 098
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter