voicepress.az

SON DƏQİQƏ

Respublikaçılar Senatda, demokratlar Nümayəndələr Palatasında üstünlük qazandı

7-11-2018, 12:01

ABŞ-da noyabrın 6-da keçirilən aralıq seçkilərin ilkin nəticələri açıqlanıb.

VOİCEPRESS.AZ Amerika KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.

Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.

Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197 yerə, Demokratlar Partiyası isə 238 mandata sahib olub.

ABŞ prezidenti Donald Tramp aralıq seçkilərin ilkin nəticələrini şərh edib.

Onun sözlərinə görə, seçkinin nəticələri uğurlu olub.

"Bu axşam möhtəşəm uğur qazandıq. Hamınıza təşəkkür edirəm!" Tramp "Twitter" səhifəsində belə yazıb.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 676
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter