voicepress.az

SON DƏQİQƏ

Mətbuat Şurasına 15 yeni üzv qəbul edildi

1-11-2018, 21:14

Bu gün Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. VOİCEPRESS.AZ xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Müzakirələrdən sonra 14 sayt və “Türkologiya” jurnalı Şuraya üzv qəbul edilib.

Sonra Şura Katibliyinin qurumun ötən 9 ayda gördüyü işlərə dair hesabatı dinlənilib. Şuranın icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Hesabat səsə qoyularaq qəbul edilib.

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. Bunlardan dördü əsasında cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsinə dair qərar çıxarılıb.

Şuranın Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb. İdarə Heyətinin iclasında komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edib.

İclasda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavələrin edilməsi ilə bağlı Ə.Amaşovun məlumatı dinlənilib. Şuranın İdarə Heyəti dəyişikliyin Azərbaycan jurnalistlərinin 8-ci qurultayında müzakirə olunmasına dair qərar çıxarıb.

İdarə Heyətinin iclasında, həmçinin “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, ölkəyə gətirilən hazır çap məhsullarına və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 058
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter