voicepress.az

SON DƏQİQƏ

Akif Əlizadə: "AMEA bakalavriat səviyyəsi üzrə də təhsil vermək niyyətindədir"

8-06-2018, 11:04

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında bütün səviyyələr üzrə təhsil təşkil olunur. Yalnız bakalavriat səviyyəsi üzrə təhsilin təşkili qalıb. Ümid edirəm ki, dövlət başçısı bu məsələyə də dəstək verəcək.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib.

O qeyd edib ki, 2017-ci il AMEA-nın həyatında çox əlamətdar il olub.

Bu il Azərbaycanda prezident seçkilərinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirildiyini xatırladan A.Əlizadə əlavə edib ki, bu gün ölkədə fundamental dövlət quruculuğu işləri davam etdirilir.

Akademiya prezidenti qeyd edib ki, ötən müddət ərzində elm sahəsində çox səmərəli işlər görülüb, cəmiyyətdə alimin nüfuzunun artırılması üçün müvafiq işlər aparılıb.

A.Əlizadə deyib ki, hazırda respublikada 32 mindən çox alim elmi tədqiqatla məşğul olur. Onun 30 faizi AMEA-nın əməkdaşıdır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 743
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter