voicepress.az

SON DƏQİQƏ

Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz etdi

5-06-2018, 15:07

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna təklif edilən dəyişiklik layihəsindəki "ölü donor" termininin dəyişdirilməsini təklif edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, komitənin bu gün keçirilən iclasında Ə.Əmiraslanov qeyd edib ki, bu, uğursuz termindir, başqa bir terminlə əvəz edilməlidir.

Komitə sədri deyib ki, bu termin tərcümə olunub və layihəyə daxil edilib.

Xatırladaq ki, dəyişikliklə qanunun "Əsas anlayışlar" bölməsinə "ölü donor - beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs" cümləsi əlavə olunur. Bundan başqa, "Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs" cümləsi də əlavə edilir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 035
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter