voicepress.az

SON DƏQİQƏ

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

4-06-2018, 18:16

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.

AMEA-dan VOİCEPRESS.AZ-a verilən məlumata görə, akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.

AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək.

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçiləcəklər.

Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri Akademiya prezidentinin təqdimatı ilə Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.

Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. Akademiyanın vitse-prezidentləri isə akademik İbrahim Quliyev, akademik İsa Həbibbəyli, akademik Tofiq Nağıyev və akademik Dilqəm Tağıyevdir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 013
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter