voicepress.az

SON DƏQİQƏ

Komitə: "Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb"

31-05-2018, 11:44

Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

S.Qəhrəmanova bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir".

S.Qəhrəmanova deyib ki, bioloji normaya görə, hər 100 qıza 105-107 oğlan düşməlidir:

"Son illər uşaqlar arasında cins nisbətinin tarazlaşdırılması istiqamətində aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir. 2015-ci ildə Azərbaycanda hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib və hər 100 doğulan qıza 114 oğlan düşüb. Hazırda bu nisbət 100-112-dir".

S.Qəhrəmanova əlavə edib ki, problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir: "Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və sair - red.) maarifləndirmə kampaniyalarının keçirilməsi zəruruidir".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 170
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter