voicepress.az

SON DƏQİQƏ

Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib

30-05-2018, 16:50

Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən "Ramiz Mehdiyev. Elektron kitabxana" layihəsi istifadəçilərin ixtiyarına verilib.

VOİCEPRESS.AZ
bildirir ki, elektron layihə beş fəsildən ibarətdir. "Bioqrafiya" adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.

Layihənin "Xronologiya" adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları "E-Kitablar" fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademik Ramiz Mehdiyevin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Bu fəsildə, həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir.

Layihənin dördüncü fəsli "E-Məqalələr" adlanır. Bu fəslin "Elmi məqalələr" adlanan bölməsində akademik Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin "Haqqında" adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.

Elektron kitabxananın sonuncu fəsli olan "Biblioqrafiya" fəslinin "Əsərləri" adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin "Haqqında" adlanan bölməsində isə akademikin haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır. 2005-ci ildən bu günədək akademikin haqqında dərc edilən məqalələrin Azərbaycan və rus dillərində biblioqrafiyası "Məqalələr" adlanan bölmədə ayrı-ayrı illər üzrə toplanılıb.

http://ramizmehdiyev.preslib.az/ domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənilir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 813
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter