voicepress.az

SON DƏQİQƏ

Yeni nazirin yerinə başqası təyin edildi

11-05-2018, 20:39

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.

Eyni gündə Bankın Müşahidə Şurasının da növbəti iclası olub. İclasda əvvəlcə Azərbaycan Beynəlxalq Bankının 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib. Sonra Müşahidə Şurasının səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 985
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter