voicepress.az

SON DƏQİQƏ

TÜRKPA və Türk Şurası Azərbaycanda keçiriləcək Prezident seçkilərinin birgə müşahidəsini aparacaqdır

7-04-2018, 08:38

TÜRKPA 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcəkdir. Missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri.

Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Müşahidə proqramı çərçivəsində müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədi ilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Bundan əlavə TÜRKPA nümayəndə heyəti Türk Şurası Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi və Şuranın Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət Türk Şurası müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaqdır. Türk Şurasının proqramına Şəki və Quba rayonlarına da ziyarət daxildir və bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.

11 aprel tarixində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir. 12 aprel tarixində isə TÜRKPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcəkdir

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 901
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter