voicepress.az

SON DƏQİQƏ

Kürdə zərərli maddələrin miqdarı artıb

6-04-2018, 19:36

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, mart ayının III ongünlüyündə Kür çayında suyun sərfi mart ayının II ongünlüyünə nisbətən 77 m3/san artaraq 420 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Mart ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.20-8.45 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 806
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter