voicepress.az

SON DƏQİQƏ

"Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir"

5-04-2018, 12:52

Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

H.Hüseynova bildirib ki, istənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar: "Lakin razılaşmaq olar ki, bu gün bütün cəmiyyətlərdə insanların hüquqları bərabər şəkildə qorunmur. Azərbaycanda isə qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir".

H.Hüseynova əlavə edib ki, "Məişət zorakılığı haqqında" qanunun qəbulu dövlətin qadın hüquqlarının qorunmasına xüsusi önəmin verdiyini bir daha göstərir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 930
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter