voicepress.az

SON DƏQİQƏ

Əcnəbi uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası

5-02-2018, 15:05

Paytaxt məktəblərində təhsil alan əcnəbi şagirdlərlərin Azərbaycanın bölgələrinə ekskursiyaları təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, ekskursiyaların təşkil olunmasında əsas məqsəd Bakı məktəblərində oxuyan əcnəbi şagirdləri Azərbaycanın bölgələri, tarixi və mədəniyyət abidələri ilə əyani və yaxından tanış etmək, onların cəmiyyətə inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir.

Özəl turizm şirkətlərinin biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən səfərdə paytaxt məktəblərində təhsillərini davam edən almaniyalı Viki Leoni Sofiya və Volf Kristina, slovakiyalı Çuda Zuzana və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki nümayəndəsi iştirak edib. Üç gün davam edən səfərdə şagirdlər Xızı, Quba və Mingəçevirdə olublar.

İlk olaraq şagirdlər Xızı rayonunda Mikayıl Müşviqin ev muzeyini və Altıağac qoruğunu ziyarət ediblər. Daha sonra Quba və Mingəçevirin tarixi və görməli yerləri ilə tanış olub, gəmi ilə Kür çayında gəziblər.

Azərbaycanın bölgələri ilə tanış olan əcnəbi şagirdlər bu ekskursiyaların onların dünyagörüşünün formalaşmasına və Azərbaycan haqqında daha dolğun məlumatlar almasına kömək etdiyini bildiriblər.

Qeyd edək ki, "Mədəniyyətlərarası Mübadilə Proqramları" çərçivəsində şagirdlərdən Viki Leoni Sofiya 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada təhsilini davam etdirir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 192
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter