voicepress.az

SON DƏQİQƏ

Püskürən vulkanın yaşayış məntəqəsinə təhlükəsi var?

16-01-2018, 16:46

Şamaxının Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə heç bir təhlükəsi yoxdur.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.

Qurum sözçüsü bildirib ki, əraziyə baxış keçirilib və proses nəzarətdə saxlanılır: "Həcminə görə çox kiçik vulkandır. Həmin ərazidə ildə bir dəfə belə püskürmə olur və heç bir təhlükəsi yoxdur. Bir neçə gün əvvəl də belə bir hadisə olub, palçıq vulkanı püskürüb. Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Nazirlik də məsələni nəzarətdə saxlayır, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da. Hazırda vulkanda hər hansı bir aktivlik, təhlükə hiss olunmur".

R.Əliyev bildirib ki, püskürən vulkan kəndin yaşayış sahəsindən təxminən 300-400 metr kənardadır.

Şamaxı Quşçu kənd icra nümayəndəsi Bəşir Bəhramov isə Trend-ə bildirib ki, hazırda vulkan ərazisi üçün 1 hektar ərazi ayrılıb və həmin ərazidə təsərrüfat işləri ilə məşğul olunmur: "Vulkan püskürməsi zamanı palçıq təxminən 60 kvadratmetr sahəyə yayılıb. Hazırda vəziyyət sabitdir. Bu, sönmüş vulkandır və ona görə də qorxusu yoxdur. Hazırda vulkanda aktivlik hiss olunmur. Vulkan hər bir-iki ildən bir püskürür. Sönmüş vulkandır və kəndin yaşayış məntəqəsindən kənarda yerləşir".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 974
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter