voicepress.az

SON DƏQİQƏ

Ağsu aşırımında qəza: Ölən və yaralılar var

3-01-2018, 11:18

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

VOİCEPRESS.AZ
-ın apa-ya istinadən xəbərinə görə, ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Reno” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb.

Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 800
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter