voicepress.az

SON DƏQİQƏ

Murovda xidmət edən hərbiçinin ailəsində üçəmlər dünyaya gəldi

28-12-2017, 10:09

Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmrəliyevin ailəsinə baş çəkib.

VOİCEPRESS.AZ
xəbər verir ki, 10 ilə yaxındır silahlı qüvvələrin hərbçisi olan gizir Əmrulla Əmrəliyev ön cəbhədə, Murovdağ bölgəsində qulluq edir.

Görüşdə iştirak edən Nazirlik rəsmisi Abdulla Qurbani bildirib ki, Əmrulla Əmrəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısıdır. Ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunsa da, o, cəbhə bölgəsində qalmaq istədiyini bildirib.

Qeyd edək ki, üçəmlər dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına İlham adı qoyulub. Qız uşaqlarına isə Fatimə və Zəhra adları verilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 996
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter