voicepress.az

SON DƏQİQƏ

Güclü külək Göyçayda fəsad törətdi: damlar uçdu, maşınlar əzildi

26-12-2017, 15:55

Dünən səhər saatlarından başlayaraq əsən güclü külək bu gün yenidən Göyçayda fəsadlar törədib, dağıntılara səbəb olub.

VOİCEPRESS.AZ
xəbər verir ki, qasırğa bu gün səhər saat 6:00 radələrində Göyçay şəhərində 10-a yaxın hündür mərtəbəli yaşayış binasının dam örtüyünü qopararaq yerə salıb.

Hadisə nəticəsində dəmir dam örtükləri binaların yanında dayanmış minik avtomobillərinin üzərinə düşüb. Ümumilikdə 5 ədəd minik avtomobili əzilib. Avtomobil sahiblərinə xeyli maddi ziyan dəyib. Həmin vaxt ərazidə adam olmadığı üçün xəsarət alan olmayıb.

Külək irigövdəli çinar ağaclarını da aşırıb. Ağacların budaqları fərdi yaşayış evlərinin, mağazaların və sosial obyektlərin üzərinə düşüb. Küləyin təsiri nəticəsində rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Yüksək gərginlikli elektrik naqilləri qırılıb, dirəklər aşıb.

Dünən səhər saatlarından indiyədək Göyçay şəhərinin bir hissəsinə və rayonun kəndlərinə elektrik verilişi tamamilə dayanıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşlarla görüşür, dəymiş ziyan araşdırılır.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 503
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter