voicepress.az

SON DƏQİQƏ

Bakıda regiondakı geosiyasi məsələlərə dair beynəlxalq simpozium keçiriləcək

22-12-2017, 12:00

Sabah - dekabrın 23-də Bakıda "Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər" adlı Beynəlxalq Simpozium keçiriləcək.

Simpozium "Yeni Çağ" Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub.

"Yeni Çağ" MQ-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, tədbirdə Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak edir. Rusiyadan tanınmış analitik Maksim Şevçenko, Orxan Camal, Türkiyədən Ülke TV-nin rəhbəri Həsən Öztürk, Qazaxıstanın sabiq millət vəkili və ictimai xadimi Murat Abenov və digər nüfuzlu qonaqlar simpoziuma görə, Azərbaycana təşrif buyurublar.

"Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgərin sözlərinə görə, simpoziumun məqsədi bölgəyə dair önəmli geopolitik mövzuların, region ölkələri arasında iqtisadi əlaqələrin perspektivlərinin, eyni zamanda media və vətəndaş cəmiyyətlərinin bu mövzudakı rolunun müzakirəsidir: "Biz regionda baş verən hadisələri və perspektivləri həm siyasi, həm iqtisadi baxımdan təhlil edəcək, bölgədə media və vətəndaş cəmiyyətinin roluna toxunacağıq".

Simpozium bir gün davam edəcək. Dekabrın 24-də qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etdikdən sonra paytaxtımızla yaxından tanış olacaqlar.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 489
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter