• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

"İcbari tibbi sığortanın məbləği aşağı olacaq"

İlkin mərhələdə icbari tibbi sığortanın məbləği aşağı olacaq.
VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibət müsbətdir: "Tibbi xidmətlər üçün müraciətlərin sayı çox olub. Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır".

Baş nazirin müavini bildirib ki, gələcəkdə münasib icbari tibbi sığorta modeli yaradılacaq və tətbiq ediləcək: "Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödəniləcək, işləyən və imkanı olan insanlar isə sığorta haqqını özləri ödəyəcəklər. Sığorta haqqı məsələsi araşdırılır, hesablamalar aparılır. Başqa ölkələrdə icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən məbləğdən aşağı deyil.

Amma bizim cəmiyyətimiz bu qədər tibbi sığorta haqqının ödənilməsinə hazır deyil. Avropa ölkələrində sığorta haqqı əməkhaqqı fondunun 14 faizinə qədərdir. Biz bu qədər tətbiq edə bilmərik, ancaq elə edəcəyik ki, ortaq məxrəc tapılsın, bu məbləğ həm keyfiyyətli xidmət göstərmək üçün kifayət etsin, həm də sığorta ödəyənlərə yük düşməsin".

Baş nazirin müavini qeyd edib ki, ilkin mərhələdə icbari tibbi sığortanın məbləği aşağı olacaq: "Yəni Avropa ilə müqayisədə simvolik olacaq. Amma gələcəkdə insanları rifahı yaxşılaşdıqca, sahibkarlıq inkişaf etdikcə sığortanın məbləğinə yenidən baxılacaq".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter