voicepress.az

SON DƏQİQƏ

Beynəlxalq turnirin qalibi Güləş Federasiyasının Prezidenti, cənab nazir Fazil Məmmədova müraciət etdi

25-10-2017, 01:54

Bu günlərdə VOİCEPRESS.AZ –ın redaksiyasına çoxsaylı müraciətlər arasında bir ananın müraciəti diqqətləri özünə çəkdi. Ana Güləş Federasiyasının prezidentinə müraciət ünvanlayaraq, Azərbaycanı beynəlalq turnirlərdə layiqincə təmsil edən oğluna yardım edilməsini rica edib.

Belə ki, 1997-ci il təvəllüdlü Əliyev Sənan Ayaz oğlu Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə milli komandası tərkibində Avropa və Dünya birinciliklərində prespektivli idmançı kimi iştirak etməsinə baxmayaraq, beynəlxalq turnirlərdə qalib olmuş, respublikadaxili turnirlərin qalibi və mükafatçısıdır.

Ayaz bir sıra idmançılarımızdan fərqli olaraq, uğur qazandığı sözü gedən sahə üzrə təhsil almaq qərarına gəlir və sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna, “Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlıq” fakültəsinə qəbul olmuşdur. Amma bamayaraq ki, hazırda idmançımız sözü gedən ali təhsil ocağının üçüncü kurs tələbəsidir, təhsildə də, idman arenasındakı kimi uğur qazanmaq ona bir qədər çətindir.

Çünki artıq Azərbaycanı böyük idmanda təmsil edən Sənan mütəmadi olaraq, gərgin məşqlər və qarşıdan gələn mühüm beynəlxalq yarışlarda hazırlıq məşqlərində iştirak etməlidir. Belə olan halda Sənanın təhsilini uğurla başa vurması məsələsi idmançımız üçün əməlli başlı ciddi problemə çevrilib.

Baxmayaraq ki, Sənan Əliyev Azərbaycanın idman sahəsindəki parlaq nümayəndəsidir, onun bu uğurları və nailiyyətləri görünür təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nə rektoru Cəfər Cəfərovu, nə də institutun məsul müəllim heyyətini maraqlandırmır. Əldə etdiyimiz məlumata görə universitet rektoru Güləş Federasiyasının baş katibi Rəşad Əlizadənin də, məsələ ilə bağlı xahiş məktubuna məhəl qoymayıb. Bu səbəbdən də, bu gün Azərbaycana idman sahəsi üzrə şərəf gətirəcək prespektivli sərbəst güləşçi olaraq, Sənan Əliyevə universitet tərəfindən nə güzəştə gedən var, nə də dəstək olan...

Hələ bir üstəlik cənab Cəfərov fedarsiyaya cavab məktubu ünvanlayaraq, dövlətini təmsil edə bilmək üçün federasiya tərəfindən yaradılması rica edilən şəraitin institutun imkanları xaricində olmasını da bildirib. Görəsən Sənan Əliyevin yerində cənab Cəfərovun oğlu olsaydı, Cəfərov yenə bu məsələnin institutun imkanları xaricində olmasını izləyərdimi?

Dövlət rəhbərinin dəfələrlə idmançılara göstərilən diqqət və qayğıya nəzarətini, rəsmi strukturlara bununla ilgili öz tövsiyyələrini vurğulasa da, görünür universitet rektoru bu kimi sərəncam və tövsiyyələri görməkdə çətinlik çəkir.

Axı iştirak etdiyi beynəlxalq yarışlarda Sənan Əliyev Azərbaycan bayrağını dalğalandırmağı bacarır. Bu gün Sənan Əliyev həm böyüklər, həm də gənclər arasında keçirilən beynəlxalq idman tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil edir. Son illər ərzində yetişən çox güclü idmançılar nəslinin nümayəndələrindən biri də, sidir. Sənan Əliyevdir. Axı müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlarsa, nə səbəbdən onlara dəstək olmamalıyıq? Prezidentimizin idmançılara yetəri qədər göstərdiyi qayğını gözməzdən gəlmək olarmı? Prezidentimizin idmançıların fəaliyyəti ilə bağlı nə qədər həssas olmasını nə üçün heç bir məsul şəxs diqqətə almır?

Unutmayaq ki, idmançının hər bir uğuru böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünün göstəricidir. Elə isə Azərbaycan adına məşqlərə getmək sorunda olan idmançını rektorumuz hansı maraqlar səbəbiylə təhsildən məhrum edir, məlum deyil. Məlumumuz bir odur ki, redaksiyamıza müraciət edən ana həm də əlildir. Güləş Federasiyasının prezidentinə müraciət yazaraq, oğlunun şərəflə addımladığı bu yolda oğlu Sənan Əliyeva dəstək olmağa çağırdı...

Ümid edirik, səsimizi duyacaq, təhsilli idmançılaımızın yetişməsi üçün onların sərbəst qrafiklə təhsil ala bilməsi üçün şərait yaradılacaq.







Gülçin Çinar

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 7 634
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter