voicepress.az

SON DƏQİQƏ

Deputatın oğlu maşınla adam vurub? - Polisdən açıqlama - YENİLƏNİB

3-10-2017, 14:28

Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.

VOİCEPRESS
xəbər verir ki, bu sözləri axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər. Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.

1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: "Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir".

10:10

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, yayılmış xəbərlə bağlı hadisəni törətdiyi bildirilən Yalçın Ağamalının qardaşı, millət vəkili Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı bildirib ki, bu məlumat tamamilə yanlışdır:

"Qardaşım Yalçın Ağamalının avtomobili ilə hansısa piyadanı vurması və sonra da guya onu xəstəxanaya aparması ilə bağlı yayılmış xəbər yalandır. Qardaşım Yalçın Ağamalı, ümumiyyətlə, 15 günə yaxındır ki, Azərbaycanda yoxdur. Onun oğlu bir müddət əvvəl Türkiyədə universitetə qəbul olub. Bu səbəbdən hazırda orada övladının məişət məsələlərinin həlli ilə məşğuldur. Ona görə də yayılmış bu xəbər qardaşıma, ailəmizə qarşı atılmış böhtandır".

Onun sözlərinə görə, məsələ ilə bağlı ailə məhkəməyə müraciət edəcək: "Biz bu yalan xəbərin yayılmasına səbəb olmuş vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq qurumların rəhbərliyinə, eləcə də onların və qərəzli yayıldığını bildiyimiz halda bu xəbəri yayan media qurumlarının məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edəcəyik".

09:20

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 815
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter