voicepress.az

SON DƏQİQƏ

Güclü yağış Bakının yollarında ciddi problemlər yaradıb

3-10-2017, 08:46

Paytaxt Bakıya və Abşeron yarımadasına oktyabrın 2-si səhər saatlarından yağmağa başlayan intensiv yağış ötən gecə də davam edib.

VOİCEPRESS xəbər verir ki, gecənin müxtəlif saatlarında leysan xarakteri alan yağış yollarda problemlər yaradıb.

Daha çox körpülərin altında və yolların çökək hissələrində gölməçələr əmələ gəlib, avtomobillərin və piyadaların hərəkəti çətinləşib.

Bakıətrafı qəsəbələrdə yağışın fəsadları daha ciddi olub. Xırdalan şəhərində, Rəsulzadə, Maştağa və digər qəsəbələrdə yolları və həyətləri su basıb.

Qeyd edək ki, oktyabrın 3-də də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 031
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter