voicepress.az

SON DƏQİQƏ

UEFA-nın qərarı Azərbaycanda böyük sevinc hissi ilə qarşılanıb - AFFA-nın vitse-prezidenti

21-09-2017, 16:00

Bakı Olimpiya Stadionu tikiləndə bəziləri onun bizə lazım olmadığını deyirdilər".

"UEFA-nın Avropa Liqasının finalının Bakı Olimpiya stadionunda keçirilməsi ilə bağlı qərarı Azərbaycanda aparılan idman siyasətinin uğurudur".

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Rauf Əliyev deyib.

Onun sözlərinə görə, bu qərar Azərbaycanda böyük sevinclə qarşılanıb: "UEFA-nın qərarına əsasən Avropa Liqasının finalı 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu xəbər Azərbaycanda idman ictimaiyyəti, bütün futbolsevənlər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Azərbaycan idman ictimayyətini bu xoş xəbər münasibəti ilə təbrik edirəm, bütün idmançılarımıza yarışlarda uğurlar arzu edirəm".

R.Əliyev qeyd edib ki, bu hadisə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan ümumi inkişaf strategiyasının, o cümlədən, idman sahəsində həyata keçirilən genişmiqyaslı layihələrin həyatiliyini bir daha sübut etdi. Həmin layihələrdən biri də Bakı Olimpiya Stadionunun tikilməsidir: "Bakı Olimpiya Stadionunun tikilməsi ilə bağlı qərar qəbul ediləndə bəzi uzağı görə bilməyənlər belə böyük stadionun Azərbaycana lazım olmadığını bildirirdilər. Ancaq həyat sübut etdi ki, bu qərar çox uzaqgörənliklə qəbul edilib. Artıq bu stadionda Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Azərbaycanın futbol üzrə milli komandasının oyunları keçirilib. Qarşıda isə burada "Qarabağ" futbol klubunun Çempionlar Liqasındakı qrup oyunları, 2019-cu ilə təyin olunmuş Avropa Liqasının final oyunu, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi gözlənilir".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 239
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter