voicepress.az

SON DƏQİQƏ

Quba məzarlığı ilə bağlı təkliflər hazırlanıb – prezident qərar qəbul edəcək

29-08-2017, 15:13

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur.

Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Məlumdur ki, zaman-zaman səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün soyqırımla bağlı müxtəlif beynəlxalq tədbirlər keçirilib, fərman və sərəncamlar imzalanıb.

Bu baxımdan maraqlıdır, Azərbaycan soyqırımın yüzilliyinə necə gedir?

VOİCEPRESS modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, əvvəlki illərə nisbətən hazırda soyqırımın tanıdılması üçün müəyyən təşəbbüslər irəli sürülür. Deputat düşünür ki, soyqırımın yüzilliyi ilə bağlı böyük tədbirlər təşkil edilməlidir:

“Yəqin ki, soyqırımın yüzilliyi ilə əlaqədar cənab prezidentin fərmanı olacaq. Həmçinin bilirsiniz ki, istər parlament iclaslarında, istərsə də digər məsələlərdə soyqırımla əlaqədar qəbul edilən qərarlar və ya görülən işlər dünya ictimaiyyətində müəyyən qədər fikir yaratdı. Amerika, Kanada və digər dünya ölkələrinə azərbaycanlıların soyqırıma məruz qaldığı bəlli oldu. Əvvəllər belə bir şey yox idi. Hətta Xocalı soyqırımı ilə bağlı son zamanlar cənab prezidentin təşəbbüsü ilə təşkil edilən yürüşlər, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü praktiki işlər, atributlar, kitablar dünyaya bir daha azərbaycanlıların soyqırımını sübut etdi.

Soyqırımın tanınması asan məsələ deyil. Fikir verin, 1915-ci ildən bu yana Ermənistan tərəfindən Türkiyə dövlətinə hücumlar olur. Onlar həmin zaman ermənilərin soyqırıma məruz qaldığını bildirir. Halbuki faktiki olaraq soyqırıma məruz qalan türklərdir. Bu baxımdan soyqırımın tanınma prosesi çətinliklə gedir. Buna baxmayaraq Azərbaycan dövlətinin apardığı siyasətə əsasən, əvvəl-axır hər kəs soyqırımı tanıyacaq”.

Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən deputat məzarlığın önəmindən də söz açıb. Onun fikrincə, soyqırımın yüzilliyinə qədər Quba məzarlığı tam bərpa olunmalıdır:
“Son on ildə Quba məzarlığını ziyarət edənlər həddən artıq çoxdur. İstər siyasi xadimlər, istər ictimai şəxslər, politoloqlar, tarixçilər Azərbaycana gələn zaman bu kompleksə baş çəkirlər. Yəni soyqırımın tanıdılmasında Quba məzarlığının əlbəttə, çox böyük əhəmiyyəti var. Bu da cənab prezidentin xidmətidir.

Bilirsiniz ki, məzarlığın abidə kimi bərpa edilməsinin birinci mərhələsi başa çatıb. Amma sümüklər, quyular tapılan hissə hələ tam bərpa edilməyib. Bununla əlaqədar cənab prezidentin göstərişi ilə xüsusi komissiya yaradıldı. Prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyi ilə həmin komissiya Qubada olub, məzarlığın bərpaya ehtiyacı olan hissəsinə baxıb və müəyyən təkliflər hazırlayıblar.

Yəqin ki, cənab prezident memorial kompleksin ikinci hissəsinin tamamlanması ilə bağlı qərar qəbul edəcək”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 635
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter