voicepress.az

SON DƏQİQƏ

Azərbaycanın almaq istədiyi analoqsuz silah - 10 ballistik raketi eyni anda məhv edir...

28-08-2017, 12:57

Bir neçə vaxtdır ki, Azərbaycanın Rusiyadan dünyada analoqu olmayan S-500 hava hücumundan müdafiə sistemi alacağına dair məlumatlar yayılmaqdadır. Məlumat rəsmi təsdiqini tapmasa da, Rusiya və Ermənistan mətbuatında geniş müzakirə obyektinə çevrilib.

Ermənistanın ekspert çevrələri bəyan edir , “İsgəndər” raketləri olmasına baxmayaraq, rəsmi Yerevan bununla fəxr etməməlidir, çünki Azərbaycanın hərbi hava qüvvələrinin arsenalında onsuz da, güclü müdafiə sistemləri var.

Üstəgəl, Azərbaycan S-500 alacaqsa, bu zaman Ermənistan əməlli-başlı qorxu içində olacaq.

Bəs bütün dünyada və hərbi dairələrdə xof yaradan S-500-lərin özəlliyi nədədir?

S-500 zenit-raket kompleksi S-400-ün modifikasiyasıdır. ABŞ-ın hərbi sənaye mütəxəssisləri bildiriblər ki, SSRİ dağılandan bir neçə il durğunluq yaşayan Rusiya daha sonra qəfil sıçrayış etdi və özünün hava hücumundan müdafiə sistemlərini heç bir çətinlik olmadan daha da təkmilləşdirdi.

Doğrudan da, kollapsdan çıxa bilən Rusiyanın S-500 kimi silah yarada bilməsi NATO-da narahatlıq yaratmaya bilməzdi.

Amerika rəsmi şəkildə S-500-lə bağlı narahatlıqlarını ifadə edib. Ona görə ki, S-500-lər F-22, F-35, B-2 kimi, hətta gözəgörünməz, ölümcül döyüş təyyarələrini belə məhv etməyə qadirdir.

“S-500 raketləri bu gün mövcud olmayan, amma yaxın 25 ildə peyda olacaq hədəfləri məhv etməyə hazırdır. Söhbət atmosferin ən üst qatlarından, açıq fəzaya keçən yerlərində hədəflərin məhvindən gedir” - “Almaz-Antey” konserinin rəhbəri Pavel Soznikov belə deyib.
Bu raketlər nəinki ballistik, həm də aerodinamik raketləri, həm də qanadlı raketləri də məhv etmək qabiliyyətinə malikdir. S-500 raketləri 600 kilometr məsafəyə nəzarət edir və yerdən 100 kilometr hündürlükdəki hədəfləri darmadağın etmək gücünə sahibdir.

S-500 400 mil uzaqlıqdakı ballistik raketləri belə sıradan çıxara bilər. S-500-lərin ilk partiyasının Moskva və Mərkəzi Asiyanı qorumaq üçün yerləşdiriləcəyi gözlənilir.

Bu zenit-raket kompleksi eyni zamanda saniyədə döyüş başlığı daşıyan 10 ballistik raketi eyni zamanda aşkarlamaq və ona hücum etmək qabiliyyətinə malikdir.

Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri kimi S-500-lər də böyük mobilliyə sahibdir və böyük məsafələrdən gələn hücumları aşkar etmək üçün ən müasir radar sistemləri ilə təchiz edilib. S-500-ün 91N6A(M) döyüş idarəetmə radarı var – bu barədə Corc Marşall və Klermont institutları bildirib.

Qərbdə hesab edirlər ki, S-500 Rusiyanın ABŞ başda olmaqla, NATO-ya əzələ nümayişidir.

Rusiyanın tərəfi isə bəyan edib ki, S-500-lər yaxı gələcəkdə yaxın gələcəkdə istifadəyə veriləcək. (modern.az)

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 432
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter