voicepress.az

SON DƏQİQƏ

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16-08-2017, 22:42

Avqustun 16-da bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib.

VOİCEPRESS
xəbər verir ki, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar. Elnur Əliyev, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi qürurla yad edilib.
E.Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daima alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.
Sonra şəhidin valideyinlərinin yaşadığı ünvanda görüş keçirilib. Toplaşanlar E.Əliyevi yad edərək onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 440
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter