voicepress.az

SON DƏQİQƏ

Nazirlik bələdiyyə sədrini cərimələdi

16-08-2017, 10:27

Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 585
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter