voicepress.az

SON DƏQİQƏ

Şah İsmayıl Xətainin Bakıdakı heykəli götürülür? - AÇIQLAMA

21-07-2017, 14:19

"Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb".

VOİCEPRESS
bildirir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: "Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur".

Z. Bağırov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 076
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter