voicepress.az

SON DƏQİQƏ

Bakıda qılıncla məscidə girərək namazı pozmaq istəyənlər saxlanıldı

15-07-2017, 09:42

Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.

VOİCEPRESS
xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.

Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk olaraq "Bakıpost" məlumat yayıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 251
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter