voicepress.az

SON DƏQİQƏ

YAP Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib

8-06-2017, 17:17

Bu gün Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib.

VOİCEPRESS
xəbər verir ki, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, Milli Məclisin deputatlarından Aqiyə Naxçıvanlı, Hikmət Babaoğlu, Cavanşir Paşazadə və Adil Əliyev iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə İcra Hakimiyyətinin foyesində Ümummilli liderimiz Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümumilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra konfransda Dövlət Himni səsləndirilib.

Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır: "Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır".

T.Tağıyev qeyd edib ki, YAP Nərimanov rayon təşkilatının IX konfransında 19658 nəfər olduğu halda, X konfransa qədərki dövrdə üzvlərin sayı 21340 nəfərə çatıb. Hal-hazırda ilk partiya təşkilatlarının sayı isə 131-dir.

Daha sonra YAP Nərimanov rayon təşkilatı Nəzarət-təftiş qrupunun sədri Mikayıl Əhmədovun hesabat məruzəsi dinlənilib.

Məruzələrlə əlaqədar "91-lər hərəkatı"nın üzvü, professor Əlişir Musayev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək hesabat dövrü ərzində görülən işlər haqqında fikirlərini bildiriblər.

Çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb, o dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. A.Fərzəliyev qeyd edib ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Hazırda digər yerlərdə olduğu kimi Nərimanov rayonunda da quruculuq işlərinin böyük vüsət aldığını deyən A.Fərzəliyev bu prosesdə YAP fəallarının da yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzində qənaətbəxş fəaliyyət göstərdiyini vurğulayıb.

Daha sonra YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb. Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın 73 nəfərdən ibarət Şurası, 31 nəfərdən ibarət İdarə Heyəti və 9 nəfərdən ibarət Nəzarət-təftiş qrupu seçilib.

Sonda ictimai-siyasi fəallığına görə bir qrup partiya veteranına Fəxri fərmanlar təqdim olunub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 042
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter