voicepress.az

SON DƏQİQƏ

ƏƏSMN daha 100 əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib

24-05-2017, 15:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib.

Bu barədə VOİCEPRESS-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik bu ay ərzində 200 nəfər əlilliyi olan şəxsin mənalı istirahətini təşkil edib. ƏƏSMN-nin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

“2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində yerləşən istirahət mərkəzlərində dincəlmələrinə şərait yaradılacaq. May ayının ilk yarısından bu işlərə başlanılıb və artıq 200 nəfər əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir. Bu işlərlə bərabər, əlillərin maddi təminatlarının gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması və s. istiqamətlərdə də tədbirlər davam etdirilir.

Yola salınan insanlar yaz-yay mövsümündə mənalı istirahətlərinin təşkil olunması üçün görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 769
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter