voicepress.az

SON DƏQİQƏ

"Lapşinin müdafiəsi ilə yeni vəkil məşğul olacaq"

22-02-2017, 20:15

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin üçün yeni vəkil tutulub.

VOİCEPRESS
xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkinin APA-ya verdiyi məlumata görə, A.Lapşinin müdafiəsi ilə bundan sonra onun ailəsi tərəfindən tutulmuş vəkil məşğul olacaq.

O, həmçinin bildirib ki, blogerlə yenidən görüşmək üçün müvafiq qurumlara müraciət edilib: "Müvafiq razılıq əldə olunduqdan sonra onunla yenidən görüşəcəyik".

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 049
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter