voicepress.az

SON DƏQİQƏ

Millət vəkili Xanhüseyn Kazımlı 40 mərasimində...

18-01-2017, 11:45

VOİCEPRESS-in verdiyi məlumata görə, bu gün 18 yanvar tarixində Xocalı soyqrımı zamanı ermənilərin girovluğundan dönmüş, cəsur qadın Dürdanə Ağayevanın həyat yoldaşı İlham Kərimovun 40 mərasimi keçirildi.Millət vəkili Xanhüseyn Kazımlı isə digər həmkarlarına örnək bir addım daha atdı. Bir çox millət vəkilləri keçirilən 40 mərasiminə dəvət alsalar da, təşrif etmədilər. Sadəcə Xanhüseyn Kazımlı, Hacı Samirlə birgə mərhumun evinə gələrək, onun üçün "Quran" oxunmasına səbb oldu.
Dürdanə xanımın biricik balası, Ləmanın dəstəyə və yardıma ehtiyacı olduğu bir zaman, ona əl tutan, nəvəsi, öz doğma övladı kimi bağrına basan millət vəkili, həqiqətən də, millətin vəkili olduğunu sübut etmiş oldu.

Xatırladaq ki, Xocalı soyqrımı zamanı erməni girovluğundan dönmüş, cəsur qadın Dürdanə Ağayevanın həyat yoldaşı İlham Kərimov xərçəng xəstəliyindən əziyyət çəkirdi. İlham Kərimova sentyabr ayının 20-dən etibarən aparılan tədqiqatlara əsasən xərçəngin IV mərhələsi diaqnozu qoyulmuşdu.
İlham Kərimov uzun sürən xəstəlikdən sonra 10 dekabrda vəfat etmişdi.

Qeyd edək ki, İlham Kərimovun və Dürdanə Ağayevanın 14 yaşlı bir qızları var. Hazırda tənha qalmış Dürdanə Ağayeva və qızı Ləman Buzovna Telefon Qovşağının binasında bir göz otaqda yaşayır.


Allah rəhmət eləsin!





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 682
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter