voicepress.az

SON DƏQİQƏ

Kənd Təsərrüfatı Nazirliyi “Strateji Yol Xəritələri” üzrə Tədbirlər Planını təsdiqlədi

26-01-2017, 18:19

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur.
Tədbirlərin 169-u bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nəzərdə tutulan tədbirlər üzrə əlaqələndirici funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədi ilə imzaladığı müvafiq əmrlə “Tədbirlər planı”nı təsdiq edib.

Bu barədə VOİCEPRESS-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Tədbirlər Planı"nda nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə İşçi qrupu yaradılacaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin stukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 422
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter