voicepress.az

SON DƏQİQƏ

Siqaret çəkənlərə BƏD XƏBƏR

26-01-2017, 17:32

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş planına daxil edilib.
VOİCEPRESS xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Qeyd edək ki, bundan əvvəl Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsinin artıq hazır olduğunu bildirmişdi.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: "Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir".

Millət vəkili qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 793
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter