voicepress.az

SON DƏQİQƏ

Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri

11-07-2019, 12:43

Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri

Bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Z.Əliyev bildirib ki, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, qeydiyyatın elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir”.

Sədr qeyd edib ki, digər məsələ tibb işçilərin yeni əmək haqlarının, bonuslarının hesablanması ilə bağlıdır:

“Tariflər, xidmətlər zərfi, bütün bunlar hamısı hazır vəziyyətdədir. Düşünürük ki, yaxın bir ay ərzində bu razılaşmalar bitdikdən sonra artıq təsdiq olunması üçün göndəriləcək. Təxminən sentyabr ayında bütün sənədlər təsdiqlənməlidir”.













VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 451
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter