• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Azərbaycanda pulsuz icbari tibbi sığorta olunacaq şəxslərin siyahısı açıqlanıb

Azərbaycanda pulsuz icbari tibbi sığorta olunacaq şəxslərin siyahısı açıqlanıb
Ölkə başçısının göstərişinə uyğun olaraq, 2017-ci ilin yanvar ayından etibarən ölkəmizdə icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində həyata keçirilməsinə başlanılıb. Onun tətbiqi ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş rayonunda həyata keçirildi.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu “Xalq qəzeti”nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

“2018-ci ildə pilot ərazilərdə ambulatorpoliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artmışdır. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018- ci ildə isə 9346 olmuşdur. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil etmişdir. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar”.

Z.Əliyevin sözlərinə görə, pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artı rılması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olub.
Belə ki, həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil edib.

Agentlik rəhbəri deyib ki, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmət daxildir.

“Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir. 2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Qanuna əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.

Z.Əliyev bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb. Artıq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Bununla bağlıə qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Siyahıya Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri və s. aiddir.
2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.








VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter